Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət

19 Sentyabr 2019 09:19

Dünyaca məşhur rok ulduzu Rod Styuart 3 ildir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prostat xərçəngindən əziyyət çəkən 74 yaşlı ifaçı artıq tamamilə sağaldığını deyib. 2016-cı ildə xəstə olduğunu öyrənən Syuart erkən diaqnozun önəmini vurğulayıb.

O, kişilərə səslənərək, mütəmadi həkim nəzarətindən keçməyi məsləhət görüb. Müğənni, eyni zamanda, stresdən, içkidən və digər pis vərdişlərdən uzaq durmağı tövsiyə edib.

Milli.Az