Xəzər dənizində zəlzələ olub

19 Sentyabr 2019 08:15

Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 01:43-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,0, dərinliyi 14 km olub.

Milli.Az