"Mançester Yunayted"də yeni müqavilə

18 Sentyabr 2019 21:16

"Mançester Yunayted" futbolçusu Viktor Lindelöflə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Lindelöf 2017-ci ildən İngiltərə təmsilçisində oynayır. O, indiyə kimi 74  matçda oynayıb.

Milli.Az