“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz – Zərəri və faydaları

18 Sentyabr 2019 23:35

Ölkəmizdə, eləcə də dünyanın bir çox yerində gündəlik qida rasionuna daxil olan ərzaqlar içində kartof üstünlük təşkil edir. Bəs biz kartofun xeyrini və zərərini bilirikmi?

Milli.Az medicina.az-a istinadən bildirir ki, Günəş şuaları və istilik kartofun cücərməsinə səbəb olur. Belə halda daxilə qəbul edildikdə, zəhərlənmə əlamətləri baş verə bilər. Ürək bulantısı, ishal, qusma, mədə ağrıları, boğazda yanma, baş ağrısı,baş gicəllənməsi, koma hətta ölümə səbəb ola biləcək halların olacağı istisna deyil. Buna görə də rəngi yaşıla dönmüş və cücərmiş kartofların istifadə edilməsi qətiyyən olmaz.
 

Kartofun faydaları:
Qanı zəhərlərli elementlərdən qoruyur:
Hava çirklənməsi, radiasiya və kimyəvi tullantılara qarşı qanı zəhərlərdən təmizləyir və hüceyrələri yeniləyir. Kartofun iki növü var. Sarı və yaşıl kartof. Yaşıl kartofdan Avropada heyvan yemi kimi istifadə edilir.
Kartofda olan manqan qadın dərisinin dostudur. Bu qiymətli tərəvəz dərini gözəlləşdirir, dəriyə xüsusi zəriflik qazandırır.
Kalium baxımından zəngin olması və çox az natrium ehtiva etməsi səbəbi ilə yüksək təzyiq və ürək xəstəliklərinə qarşı qoruyucudur.
Eyni zamanda antioksidantdır.
 

Kartofun tarixi:
Kartofu kəşf səfərlərindəki dənizçilər çox sevmişdi. Həm doydurucu xassəsi, həm də tərkibindəki vitaminlər, onları xəstəliklərdən qoruyurdu. Amma Avropada dərhal qəbul edilmədi. Xristianlar İncildə bəhs edilmədiyi üçün kartof əkməyi rədd etdilər. Şeytanın qidası  elan etdilər. Xüsusilə Şotlandlar onu nə əkdilər, nə də yedilər. Bu gün belə hələ də bəzi bölgələrdə bu səbəbdən də kartof yeyilmir. Hazırlanması çox asan, lakin saxlanması çətin bir qidadır. Adətən 4 dərəcədən yuxarı temperaturlarda saxlanmalıdır. Əks halda içindəki nişasta şəkərə çevrilərək dadı dəyişir.
İdeal istilik 7-10 dərəcə arasıdır, 75%i isə sudur. Dünyada hər bir şəxs, ildə 33 kilo kartof yeyir.  Təkcə ruslar  ildə adambaşına 181 kilo kartof sərf edirlər.
Kartofu yağda qızartmaq Belçikalıların ideyası olub. Amma Amerikalılar bunu dünyaya Fransız qızartması kimi tanıtdılar. Kartof qızartmasını Ağ Saray mətbəxinə salan ilk sədr, 1801-1809 illər arası ölkəni idarə etmiş olan Tomas Jeffersondu.
1982-də isə 4 kq-lıq kartof yetişdirilib ki, bu da Ginnesin rekordlar kitabına daxil olunub. Kartof, kosmosda yetişdirilən ilk məhsuldur: Amerika Aviasiya və Kosmos Dairəsi NASA ilə Medison şəhərindəki Viskonsin Universitetinin birgə çalışmasında, uzun kosmos uçuşları və kosmos koloniyaları üçün 1995-də kosmosda kartof yetişdirmə sınağı keçirilib və uğurlu olub.
1897-1898-ci illərdə Alyaskada baş verən qızıla hücum dövründə kartof, qazmaçıların çıxardığı qızıl qədər dəyərli idi. Çünki kartofdan başqa yeyəcək bir şey demək olar ki, yox idi.

Milli.Az