Rusiyanın qaz ehtiyatlarının miqdarı açıqlandı

18 Sentyabr 2019 20:04

Rusiyanın qaz ehtiyatları 73 trilyon kub metr təşkil edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təbii Sərvətlər naziri Dmitri Kobılkin Tümən Neft Qaz Forumunda çıxışı zamanı deyib.

O, bu göstəricilərinə görə Rusiyanın ABŞ-la ilk pilləni bölüşdüyünü deyib.

Kobılkin Rusiyanın qaz hasilatının 2018-ci ildə 5% artaraq, 725 milyard kub metrə çatdığını və bunun son 18 ilin rekord göstəricisi olduğunu söyləyib.

Milli.Az