Can verən insan nə düşünür?

21 Sentyabr 2019 22:40

Əmirəl-möminin (ə) buyurur: "Can verməyin çətinliyi və dünyanı əldən verməyin həsrəti dünyapərəstlərə hücum edər. Bədən can verməyin ağırlığına görə süst olar və ölüm yavaş-yavaş bədənini bürüyər. Dil danışmaqdan dayanar. O, ailənin yanında düşmüş, gözü ilə görər və qulağı ilə eşidər. Ağlı ilə düşünər ki, ömrünü hansı işlərə görə puç etmişdir? Ruzigarı necə keçirmişdir? Topladığı sərvəti xatırlayar, o sərvəti ki, halal və haramdan və şübhəli mallardan toplamışdı və indi topladıqlarının günahı onun çiynindədir. Onlardan ayrılmaq zamanı gəlib çatmışdır. Varisləri üçün qalmışdır ki, onlardan bəhrələnsinlər. Rahatlıq və xoşluq başqası üçün, cəzası isə onun çiynindədir. O, bu malın girovundadır və əlini peşmançılıqdan dişləyər. Bu halda dünyada rəğbət bəslədiklərinə qarşı etinasız olar və arzu edər ki, ey kaş o kəs ki, keçmişdə onun malına qibtə edirdi, o, bu malı toplamış olardı".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) bu nurani kəlmanında can verməyin çətinlikləri haqqında söz açmış və can verən insanın nə hiss etdiyini və düşündüyünü bizlərə çatdırmışdır.

Allah bu haqda buyurur: "Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir". ("Qaf" 19).

Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, insan ölüm anında bir tərəfdən gücünü və qüdrətini əldən verir, o qədər zəif olar ki, hətta dilini belə tərpədə bilməz. Əizyyət bədənini bürüyər. O biri tərəfdən ailəsinin və dostlarının ona görə göz yaşı tökməsi və qəmlənməsi onu ciddi şəkildə təsirləndirər. Başqa bir tərəfdən isə mal və sərvətindən, dünyadan ayrılmaq ona çətin olar və topladığı şübhəli malın cəzası indidən ürəyini yandırar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Ölüm üçün elə çətin anlar vardır ki, təsvir edilməkdən də şiddətlidir. İnsanların ağıl tərəzisi ilə ölçülə bilməz".

Ona görə də hər bir insan hələ ki, fürsət var, özünü həmin an üçün hazırlamalı və bacardığı qədər imanını və təqvasını gücləndirməlidir.

İmam Əli (ə) buyurur: "Can verən insan ömrünün son anlarında iki mühüm mövzu haqqında düşünər. Biri böyük sərmayəsi olan ömrü barəsindədir və o birisi isə mal və sərvəti barəsindədir".

Ömür - Allahın insana verdiyi ən böyük sərmayədir. Ancaq insane çox vaxt bu dəyərli sərmayədən nəinki bəhrələnmir, bəlkə yersiz işlər görərək onu bada vermişdir. Ona görə də belə insan can verən zaman düşünər ki, ey kaş ömrümü bu cür boş şeylərə xərcləməzdim.

Hər bir insan bu dünyada topladığı mal və sərvətə görə cavabdehdir. Ona öləndən sonra bu malından nəsib olan - ancaq kəfəndir. Qalan malı isə varislərinə çatar.

Bəs möminlərin ölüm anı necə olur?

İmam Sadiq (ə) bu haqda buyurur: "O zaman ki, mömin ölüm anında olar, Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (s.ə,) İmam Həsən (ə), İmam Hüseyn (ə), Mikayil (ə) və Əzrayil (ə) hazır olar. Əmirəl-möminin (ə) Peyğəmbərə (s) ərz edər: "Ey Allahın Rəsulu! Bizim bu mömini sev. O, bizi öz rəhbəri qərar vermişdi. Ona görə də onu sev". Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurar: "Bu mömin - Əli (ə) və onun övladlarını sevirdi, ona görə də onu sev". Cəbrayil (ə) də həmin sözləri İsrafil (ə) və Mikayilə (ə) deyir. Sonra hamı Əzrayilə (ə) deyər: "Bu mömin, Muhəmməd (s) və Ali-Muhəmmədi (ə) sevirdi, Əli (ə) və övladlarını öz İmamı (ə) qərar vermişdi, onunla mehriban ol". Əzrayil (ə) cavabında deyər: "Sizi seçən və Muhəmmədi (s) peyğəmbər seçən Kəsə and olsun ki, mənə ona qarşı atasından da səmimiyəm və qardaşından da mehribanam".

Milli.Az