İmamlardan hansılar daha yaşlı və daha cavan ikən dünyasını dəyişmişlər?

21 Sentyabr 2019 22:15

Şiə inancına görə məsum (günahsız və pak) sayılan imamların ömürləri fərqli olmuşdur. Onların əksəriyyəti ömürlərinin beşinci və altıncı onilliklərində (yəni 50-dən və 60-dan yuxarı yaşda) dünyalarını dəyişmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu gün də diri olan və dünyanın sonunda zühur edəcək 12-ci imamı istisna etməklə, ən çox yaşamış imam Həzrət Cəfər Sadiqdir (ə). O, hicri təqvimlə 65 il ömür sürmüşdür. Ən az yaşamış imamlar isə doqquzuncu imam Mühəmməd Təqi (ə) və on birinci imam Həsən Əsgəridir (ə). Bunlar müvafiq olaraq, hicri təqvimlə 25 və 28 il ömür sürmüşlər.

Milli.Az