Çağatay Ulusoyun adını eşidib, ziyafəti tərk etdi

18 Sentyabr 2019 18:24

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ, siması olduğu tekstil firmasının təşkil etdiyi ziyafətdə iştirak edib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, təşkil olunan ziyafətə Feridun Düzağaç, Alperen Duymaz, Duygu Sarışın və Engin Hepileri başda olmaqla bir çox məşhur təşrif buyurub.

Çağatay Ulusoy ilə tez-tez küsüb barışan aktrisa Duygu Sarışın yenə də gizliliyini qorumağı bacarıb.

Gecəyə tək başına gələn aktrisa Ulusoy haqqında verilən sualları cavabsız qoyub.

Duygu sevgiyə aid sualları eşidən kimi məkandan uzaqlaşıb.

Milli.Az