Gəlinlə bəy qızıl satıcısının başını qatdı, QAYINANA ÜZÜYÜ OĞURLADI - VİDEO

18 Sentyabr 2019 15:23

Türkiyənin Adana şəhərində qızı və kürəkəni ilə girdikləri qızl mağazasından üzük oğurlayan qadın təhlükəszilik kamerasına düşüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Sevil A. qızı Kibar K. (19) və Kibarın nişanlısı Şeyhmus G. (26) qızıl mağazasına daxil olublar. Satıcıya qızıl almaq istədiklərini deyən Sevil A. vitrindəki üzüklərə baxmağa başlayıb.

Bu məqamda Kibar A. ilə nişanlısı Şeyhmus G. satıcının başını qatıblar. Sevil A. da vitrində olan min 500 lirəlik üzüklərdən birini oğurlayıb. Sonra şübhəlilər alış-veriş etmədən iş yerindən gediblər. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Soyulduğunu görən iş yeri sahibi polisə zəng edib. Polislər şübhəlilərin istifadə etdikləri avtomobilin qeydiyyat nişanını öyrənincə onların yaşadıqları ünvanı müəyyən ediblər.

Qısa zamanda yaxalanan şübhəlilərdən Sevil A. pula ehtiyacı olduğunu, oğurladığı üzüyü satdığını bildirib.

İstintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az