SON DƏQİQƏ: Türkiyədə dəri fabriki yanır

18 Sentyabr 2019 13:50

Türkiyənin İstanbul şəhərində fabrik yanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın Tuzla rayonunda dəri fabriklərindən birində qeydə alınıb.

Fabrikin bütün əməkdaşları təxliyə olunub. Yanğının qarşısının alınması üçün yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Yaxınlıqdakı binalardan da sakinlərin təxliyə olunduğu deyilir.

Yanğının səbəbləri ilə bağlı hələlik məlumat verilmir.

Milli.Az