İncisözlük və uludağsözlük satıldı!

18 Sentyabr 2019 14:55

Türkiyənin ən məşhur saytlarından olan Uludağ sözlük və İnci sözlük markalarının 50 faizi türk iş adamı Emin Adanur tərəfindən satın alınıb.

Milli.Az techland-a istinadən xəbər verir ki, 28 yaşlı gənc iş adamı bu 2 sosial mediadan inşaat sektorunda dəyər əldə etmək üçün istifadə edəcək.

Saytların hər ikisi 2 milyon dollar bazar dəyəri ilə satılıb.

Uludağ sözlük internet dünyasına 2005-ci ildə qatılıb. 4 il sonra isə inci sözlük Türkiyədə çox məşhur bir sayt halına gəlib. İnci sözlük incicaps və haberself kimi layihələrlə milyonlarla istifadəçiyə çatmağı bacarıb.

2005-ci ildə qurulan Uludağ sözlük bu gün 850 minlik ziyarətçi sayı və 700 minlik istifadəçisi ilə Türkiyənin ən böyük 2-ci sözlük saytıdır. 2009-cu ildə yaradılan İnci sözlük isə 1.2 milyon istifadəçiyə və sosial mediyada 15 milyon izləyiciyə sahibdir.

Qeyd edək ki, sözlük Türkiyənin özünə məxsus konseptidir.

Milli.Az