Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

18 Sentyabr 2019 11:53

Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, siyahının 3-cü hissəsində "Təbii qaz" sözləri "Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı" sözləri ilə əvəz edilib.

Həmçinin dəyişikliyə əsasən, siyahının 4-cü (Maye qaz (topdansatış)) və 11-ci (Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri) hissələri ləğv edilib.

Milli.Az