Bakının mərkəzində qadına bıçaq çəkdilər

18 Sentyabr 2019 13:43

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az