"Barselona" Qrizmanna görə azarkeşsiz qala bilər

18 Sentyabr 2019 13:29

"Barselona"ya qarşı sanksiya tətbiq edilə bilər. 

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Barsa" Antuan Qrizmannla danışıqlarda qaydaları pozmaqda ittiham olunur. İddia edilir ki, kataloniyalılar fransalı futbolçu ilə danışıqları vaxtından əvvəl aparıblar. 

AS nəşrinin yazdığına görə, Qrizmannla danışıqlar mart ayında başlayıb ki, bu da qaydalara ziddir. "Barselona" buna görə 300 min avro cərimə oluna bilər. Başqa bir variant da var: "Nou Kamp"da bir oyunu azarkeşlərsiz keçirmək. 

Məsələ ilə bağlı qəti  qərar növbəti həftə veriləcək. 

Milli.Az