Metroda gəzmək insanın ağlını azaldır

14 Aprel 2010 10:47
Milli.Az "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, araşdırmalar metronun insanda Altsqeymer (əqli zəiflik) xəstəliyi yaratdığını müəyyənləşdirib. Bu, 60-70 yaşlarında olan 5 min britaniyalı arasında aparılmış araşdırma nəticəsində üzə çıxıb. Onların 4%-də əqli zəiflik aşkarlanıb. Məlum olub ki, həmin şəxslər sağlam həyat tərzi keçirsələr də, mütəmadi olaraq, metrodan istifadə ediblər. Sağlam şəxslər arasında isə 1 nəfər də olsun daimi metro istifadəçisinə rast gəlinməyib.

"Araşdırmalar göstərib ki, xüsusilə pik saatlarda metrodan istifadə insanda düşünmə qabiliyyətini azaldır, düşmənçilik və aqressiyanı artırır, stress yaradır, nəticədə beyin hüceyrələri məhv olur", - deyə araşdırma müəllifləri bildirir.

Milli.Az