“Qonşu” qonşunun avtomobilini qarpızla əzdi - Düzgün park etmədiyinə görə - FOTO

18 Sentyabr 2019 09:43

Rusiyada "qonşu" qonşunun avtomobilini qarpızla əzib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident gecə saatlarında Moskva əyalətinin Podolsk rayonunda qeydə alınıb.

Yerli sakin qonşusunun avtomobilini binanın qarşısında düzgün park etmədiyinə görə, onun üzərinə 14-cü mərtəbədən qarpız atıb.

Maşının damına düşən qarpız, nəqliyyat vasitəsinin damını və ön şüşəsini zədələyib.

Ertəsi gün avtomobilini bu vəziyyətdə görən sürücü şoka düşüb və ona ziyan verən "qonşu"su barədə polisə şikayət edib.

Polis şikayət əsasında hadisə yerinə baxış keçirərək araşdırma aparıb. Sorğu-suala çəkilən "qonşu" daha sonra bölməyə aparılıb.

İndi o, dəymiş ziyanı öz cibindən ödəməli olacaq.

Milli.Az