İcra başçısı müavinini işdən çıxardı

17 Sentyabr 2019 23:26

Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Qəniyev vəzifəsindən azad edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı icra başçısı İlham İsmayılov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ə.Qəniyev uzun müddət həmin vəzifədə çalışıb. Boş qalan posta hələlik təyinat yoxdur.

Milli.Az