“Saber Junction - 19” təlimi davam edir - FOTO

17 Sentyabr 2019 18:41

Almaniyanın "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Milli.Az