Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

17 Sentyabr 2019 18:12

Prezident ilham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Dadaşov Ağa Dadaş Hacı Bala oğlu

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Milli.Az