Mədəniyyət xadimləri Prezidentin fəxri diplomu ilə təltif ediliblər

17 Sentyabr 2019 18:11

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilirlər:

Babayev Mobil Rəşid oğlu

Qasımova Ruhəngiz Nağı qızı.

Milli.Az