Nazir idarə rəisini vəzifəsindən azad etdi - FOTO

17 Sentyabr 2019 17:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov vəzifəsindən azad edilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri müvafiq əmr imzalayıb. 

M.Babayevin digər əmri ilə, Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsi, nazirliyin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin rəhbəri Mirsalam Qəmbərova həvalə olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a xəbəri təsdiqləyiblər. 

Milli.Az