Daha bir məşhur aktyor "Çukur"da

17 Sentyabr 2019 20:09

"Show TV"də yayımlanan "Çukur" yeni mövsümə maraqlı simalarla davam edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ssenarisini Gökhan Horzumun yazdığı, rejissorluğunu Sinan Öztürkün etdiyi ekran işinin aktyor heyətinə Salih Kalyon da daxil olub. Kalyon serialda Aliçonun atasını oynayacaq.

Ötən gün üçüncü mövsümə start verən "Çukur"un gələn həftə ekrana gedəcək 69-cu bölümdə aktyor yer alacaq.

Milli.Az