Stadnik dünya çempionatının finalında

17 Sentyabr 2019 15:58

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Yanan Sunla (Çin) qarşılaşan idmançımız 6:4 hesablı qələbə ilə finala yüksəlib.

Qeyd edək ki, güləşçimizin sentyabrın 18-də keçiriləcək həlledici görüşdəki rəqibi Emilia Alina Vuç (Rumıniya) olacaq.

Milli.Az