Tərtər sakinlərindən odlu silah götürüldü

17 Sentyabr 2019 17:49

Tərtər rayonunun Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun hər birindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az