Almaniya klubu Nazarovla müqavilə imzalamağa hazırlaşır

17 Sentyabr 2019 17:44

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubundan yeni müqavilə təklifi alıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisinin sahibi Helqe Leonhardt "Bild"ə açıqlamasında Dmitri Nazarov, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixə yeni müqavilə təklif etdiklərini deyib. Onun sözlərinə görə, futbolçularla 2023-cü ilin yayına qədər yeni müqavilə imzalanacaq:

"Futbolçuların agentləri ilə danışıqların son mərhələsindəyik. Nəyəsə nail olmaq istəyiriksə, yaxşı və xarakteri güclü futbolçulara ehtiyacımız var. Bu, təhlükəsizliyimizi təmin edir".

29 yaşlı yarımmüdafiəçinin 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçunun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. 

Milli.Az