İranda silahlı insident - Polis öldü

17 Sentyabr 2019 17:39

"İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Prokuror onların yaxalanması üçün axtarışların davam etdiyini deyib.

Milli.Az