AFFA klubları cərimələdi

17 Sentyabr 2019 18:09

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Premyer Liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

Premyer Liqanın IV turunun "Sumqayıt" - "Zirə" matçında"Sumqayıt" və "Zirə" klubunun bəzi rəsmilərinin "A" buraxılışından istifadə etməməsinə görə hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın IV turunun "Sabah" - "Qəbələ" matçında "Sabah" və "Qəbələ" klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın IV turunun "Keşlə" - "Səbail" matçında "Keşlə" və "Səbail" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın IV turunun "Qarabağ" - "Neftçi" matçında "Qarabağ" klubunun rəsmi şəxslərinin "A" buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur.

Milli.Az