"Çukur"da milyonları kövrəldən məscid səhnəsi - VİDEO

17 Sentyabr 2019 16:30

"Çukur" serialında baş rolda çəkilən aktyor Aras Bulut İynemlinin məscid səhnəsi izlənmə rekordu qırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, adı çəkilən serialda Yamac xarakterinə həyat verən ulduz ssenariyə əsasən həyat yoldaşını və atasını itirdikdən sonra psixiatriya xəstəxanasına düşür.

Yamac yeni mövsümün ilk seriyasında girov götürülən ailə üzvlərini xilas etmək üçün atası İdrisi vurur. İdris Koçovalının ölməzdən əvvəl oxuduğu son dua Yamacın ağlından çıxmır. Yamac aylarla müalicə aldığı xəstəxanadan çıxan kimi atasının ölməzdən əvvəl ona oxuduğu duanın mənasını soruşmaq üçün məscidə gedir. Burada onun ilahiyyatçı ilə söhbəti və göz yaşlarına hakim ola bilməməsi tamaşaçıları təsirləndirib və yüksək reytinq toplayıb.

Milli.Az