Komitə sədri: "Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik"

17 Sentyabr 2019 14:41

Başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi bu sahənin inkişafına təkan verə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, "Kinematoqrafiya haqqında" qanun layihəsi hazırdır:

"Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq".

Milli.Az