PA rəsmisi: "Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər"

17 Sentyabr 2019 12:03

BMT Baş Assambleyasının sentyabr ayında Nyu Yorkda keçiriləcək sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması istiqamətində təxribatçı addımlar atılır. Ona görə də qarşıdan gələn görüşdə Azərbaycanın tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq.

Milli.Az