Hikmət Hacıyev: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib"

17 Sentyabr 2019 12:01

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğuluyıb: "Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir".

Milli.Az