Trend-in baş direktor müavini Rusiyanın "Vesti-24" kanalında - VİDEO

17 Sentyabr 2019 11:37

Trend BİA-nın baş direktor müavini, "Baku Network"un Ekspert Şurasının direktoru Elxan Ələsgərov Rusiyanın "Vesti-24" telekanalındakı "OKNA" verilişində iştirak edib.

Milli.Az bildirir ki, Elxan Ələsgərov Yaxın Şərqdəki mövcud durumu, habelə Səudiyyə Ərəbistanının "Saudi Aramco" Dövlət Neft Şirkətinin neftayırma zavodlarına PUA-ların hücumlarından sonra hadisələrin inkişaf məcrasını şərh edib.

Xatırladaq ki, həmin neftayırma zavodlarına hücumlardan sonra dünya bazarlarında xam neftin qiymətləri bahalaşıb.

Milli.Az