"Qarabağ" Xayme Romeronun qardaşını transfer etdi

17 Sentyabr 2019 13:05

"Qarabağ" əvəzedici komandası üçün heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubu yayda transfer etdiyi Xayme Romeronun qardaşı Daniel Romeronu da heyətinə cəlb edib.

1996-cı il təvəllüdlü hücumçu əvəzedici komandada çıxış edəcək.

Daniel I Divizionun III turunda "Zirə-2" ilə oyunda debüt şansı əldə etməyib.

Milli.Az