54 saat suda qalan qadın quruya çıxdı - 4 dəfə dayanmadan La Manş boğazını keçdi- FOTO

17 Sentyabr 2019 12:47

Amerikalı qadın dayanmadan 4 dəfə La-Manş boğazını keçən ilk qadın olub.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Sarah Thomas adlı qadın 54 saat suda qaldıqdan sonra bu gün səhər saatlarında quruya çıxıb.

İllər əvvəl döş xərçəngi diaqnozu qoyulan qadın yarışa başlamazdan əvvəl Facebook-da paylaşım edərək həyəcanlı olduğunu qeyd edib.

37 yaşlı Sara bazar günü başlayan "mübarizə"sini bu gün səhər saatlarında bitirib.

Qeyd edək ki, bundan əvvəl yarışan üzgüçülər boğazı dayanmadan cəmi 3 dəfə keçə biliblər.

Emin
Milli.Az