Bakı metrosunda qanlı dava - Stansiyanın girişində damarını kəsdi

17 Sentyabr 2019 11:12

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının girişində baş verib.
Belə ki, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov budundan bıçaqlanıb. O arteriya damarından bıçaqlandığı üçün çoxlu qan itirib. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az