İldırım hərəkətdə olan “Toyota”nı vurdu - VİDEO

17 Sentyabr 2019 11:48

Rusiyada ildırımın avtomobili vurması görüntüləri sosial şəbəkədə yayımlanıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, qeyri-adi hadisə Novosibirsk əyalətinin Berdsk şosesində, hərəkətdə olan digər bir maşının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda yağışlı havada avtomagistralda bir neçə nəqliyyat vasitəsinin irəlilədiyini və işıqforun qırmızı işığının yanması ilə dayandıqları görülür.

Bundan sonra anidən çaxan şimşək "Toyota RAV4"ün arxa hissəsinə düşərək aynanı parçalayır. Anna adlı qadın sürücünün idarə etdiyi maşında özü ilə bərabər bir neçə sərnişin də olub. O, insident nəticəsində ölən və ya xəsarət alanların olmadığını, ancaq avtomobilin arxa hissəsinə ziyan dəydiyini bildirib.

Milli.Az