“VAZ” yük avtomobili ilə toqquşdu: sürücü öldü

17 Sentyabr 2019 10:26

Masallı rayonunda "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az