Filipp Kirkorov məhkəməyə verildi - 651 min avro...

17 Sentyabr 2019 12:06

Latviyanın ABLV bankı Kirkorovdan 651 min avro ipoteka borcunu qaytarmağı tələb edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, məhkəmə prosesində iddiaçı tərəfindən cəza, cərimə və faiz təyin ediləcək.

Latviya bankı müğənni Filip Kirkorovdan ipoteka krediti üçün 650 min avronun geri alınması üçün Moskvanın Taqanski məhkəməsində mülki iddia qaldırıb.

Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib. "Latviya bankı Kirkorovdan ipoteka krediti üzrə əsas borcun 651 min avronun geri alınmasını tələb edib. Cərimə və faiz məhkəmə prosesi zamanı iddiaçı tərəfindən dəqiqləşdiriləcəkdir", - agentliyin əməkdaşı bildirib.

O aydınlaşdırıb ki, məhkəməyə görə, Kirkorov borcludur və bankla kredit müqaviləsi çərçivəsində təminatçı müğənni "Filip Kirkorov Production" şirkətidir.

Məhkəmə hakiminin katibi Yulia Suxinina əlavə edib: "Məhkəmə işi ilə əlaqədar müzakirə 10 oktyabr tarixinə təyin edilib".

Milli.Az