“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

17 Sentyabr 2019 09:14

Ötən il yeganə övladı olan oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun zaman sonra efirə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olan ifaçı oğlunun ölümü ilə barışmadığını bildirib.

"Bütün ruhum ölüb. Oxumaq da istəmirəm. Sadəcə, nəfəs alıram. Qabaqkı kimi iştahla yeyim, belə şeylər yoxdur. Susuyanda su içirəm. Buna yaşamaq demək olarsa... Son dəfə oğlum üçün oxumuşam. Son lay-lamı balama ifa etmişəm. Bundan sonra o, dünyasını dəyişdi. Həkim dedi ki, balanın 5 ay ömrü qalıb. Mən bu boyda dərdə necə dözürəm? Mən daşam, betonam? Fələk məni nokauta saldı. Düzdü, mən silinməmişəm. Hər gün Allaha yalvarıram ki, nə olar oğlumu yuxuma gətir. Yuxusuna da həsrətəm. Yuxuma da gəlmir. Çox ağırdır. Çəkiləsi dərd deyil".

Zöhra Abdullayeva çətin dönəmlərdə sənət dostlarının ona dəstək çıxdığını bildirib:

"Bəzən elə bilirdim ki, oğlum sağdır, kiminsə hüzründə oturmuşam. Sənət dostlarım mənə dəstək oldu. Yasa iki mindən çox adam gəlmişdi. İctimai qınaqdan qorxmuram. Sadəcə, indi oxumaq içimdən gəlmir. Övladları yaxşıdır, nazımı çəkirlər. Amma mən balamı istəyirəm. Allah bu dünyada mənə cəhənnəm əzabı çəkdirib. O dünyada daha mənlə işi olmaz".

Milli.Az