Yaponiyada ağır qəza: azı 10 nəfər yaralanıb

17 Sentyabr 2019 09:09

Yaponiyanın Siqa prefekturasında baş verən avtomobil qəzasında ən az 10 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Kyodo" agentliyi bildirib.

Məlumata əsasən, mikroavtobus Hikone şəhərin magistral yollarının birində yük maşını ilə toqquşub.

Polis hazırda hadisənin səbəblərini araşdırır.

Milli.Az