Türkiyədə iki PKK terrorçusu zərərsizləşdirilib

17 Sentyabr 2019 08:58

Türkiyədə PKK terrorçuları zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Bitlis vilayətində həyata keçirilən hava əməliyyatı zamanı iki PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatda vilayətin polis departamentinin və Jandarma Komandanlığının əməkdaşları iştirak edib.

Bölgədə əməliyyatlar davam edir.

Milli.Az