De Xeanın müqaviləsi uzadıldı

16 Sentyabr 2019 21:28

"Mançester Yunayted"in qapıçısı David de Xea ilə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı qapıçı ilə 4 illik sözləşmə imzalanıb. Britaniya mətbuatı "qırmızı şeytanlar"ın De Xeanın həftəlik maaşını 290 min funt-sterlinq etdiyini yazıb.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, 367 oyunun 130-da qapısını toxunulmaz saxlayıb.

Milli.Az