Milli Gimnastika Arenasında dünya çempionatının yarışları davam edir - FOTO

16 Sentyabr 2019 19:23

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün fərdi proqramda təsnifat yarışları keçirilir, gimnastlar halqa və toplarla hərəkətlər nümayiş etdirirlər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Milli.Az