İdmançılarımız təlim-məşq toplantısına yola düşdü

16 Sentyabr 2019 18:44

Güllə atıcılığı idmanı növü üzrə Paralimpiya Milli Komandası Dünya çempionatı öncəsi Qəbələ şəhərində təlim məşq toplantısı keçirir.

Azərbaycanın Güllə Atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandası bu gündən etibarən Qəbələ şəhərində yerləşən atıcılıq kompleksində təlim-məşqlərə başlamışdır. Təlim-məşq toplantısı  16 gün davam edəcək.

Bu təlim məşq toplantısı oktyabr ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır.

Qeyd edək ki, Unibank 2018-ci ildən başlayaraq güllə atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandasına dəstək verir. Qəbələdə keçirilən təlim məşq toplantısı və Avstraliyanın Sidney şəhərində keçiriləcək dünya çempionatında idmançılarımızın iştirakı Unibankın maliyyə dəstəyi ilə həyata keçirilir.

Milli.Az