Dərs başlasa da, bu yol hələ də təmir olunur - VİDEO - FOTO

16 Sentyabr 2019 19:19

Qabaqlayıcı tədbirlərin görülməsinə, sürücü və valideynlərə xəbərdarlıq olunmasına baxmayaraq builki tədris ilinin də ilk günü tıxacsız ötüşməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin əsas prospekt və yollarında yaranmış süni sıxlığın səbəblərindən biri valideynlərin məktəb və ətrafı ərazilərdə avtomobillərini saxlamaq üçün dayanma durma qaydalarına riayət etməməsi olsa da, digər səbəbi məktəb sezonunun açılmasına az qalmış yollarda təmir işinin başladılmasıdır. 

Sürücülər daha çox  Xırdalan şəhəri, Heydər Əliyev prospekti, NZS qəsəbəsinin mərkəzindən keçən əsas yoldan gileylidir. Belə ki, paytaxtın iki böyük prospekti olan Nobel ilə Babəki birləşdirən yolun təmir olunması ərazidə ictimai nəqliyyatın fəaliyyətini çətinləşdirib, ərazidə sıxlığın yaranmasına səbəb olub.

Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirmişdi ki, yol yatağında çökmüş hissələr tam şəkildə çıxarıldıqdan sonra əks dolğu işləri həyata keçiriləcək. Yola ikiqat olmaqla yeni asfalt örtüyü döşənəcək.

Yolda təmir işərinin 1 ay çəkməsi planlaşdırılıb.

Milli.Az