Azərbaycanlı dizaynerlər Qazaxıstanda “Aspara Fashion Week” moda həftəsinə dəvət olunurlar

16 Sentyabr 2019 18:04

Azərbaycanlı dizaynerlər oktyabrın 16-da Taraz (Qazaxıstan) şəhərində keçiriləcək "Aspara Fashion Week" Moda həftəsi çərçivəsində "Neo-Folklorе" dizaynerlərinin IV Beynəlxalq müsabiqəsində iştirak edə bilərlər.

Milli.Az bildirir ki, bunu Trend-ə layihənin Azərbaycandakı milli direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib.

"Neo-Folklorе" milli geyim ənənələrinin və müasir dəb tendensiyalarının sintezidir. Müsabiqə beynəlxalq yaradıcılıq əlaqələrini genişləndirir və gənclərin innovativ potensialının reallaşdırılması, etnik kostyumun müasir şərtlərə uyğunlaşdırılması və qlobal "fashion industry"da irəliləmək üçün şərtlərin təmin edilməsi məqsədi ilə keçirilir. Qazaxıstanın dəb sənayesində ən möhtəşəm və miqyaslı tədbir olan "Aspara Fashion Week" Avropa, Asiya və Amerikadan olan geyim dizaynerlərinin, jurnalistlərin və dəb ekspertlərinin iştirakı ilə keçirilir. Layihənin müəllifi və rəhbəri Qazaxıstanın tanınmış dizayneri, texniki elmlər namizədi, sənətşünaslıq üzrə dosent Aydarxan Kaliyevdir.

Xatırladaq ki, "Gulnara Khalilova" Dəb evi və Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin "Xalçaların dili" adlı kolleksiyası 2018-ci ilin mayında "Aspara Fashion Week" Moda həftəsi çərçivəsində böyük uğurla nümayiş etdirilib.

Layihədə iştirak etmək üçün əlaqə vasitələri:

"WhatsApp" üzrə 0553410152
https://www.facebook.com/Gulnare-Xelilova-MODA-EVI-191953230855425/ səhifəsində messencerlə

Milli.Az