“Sənin nə ixtiyarın var məni ələ salasan” - Elgiz onu təhqir edən aktyorlardan ŞİKAYƏTLƏNDİ - VİDEO - FOTO

16 Sentyabr 2019 17:34

ARB TV yeni mövsümə "Üç əlli" proqramı ilə start verib.

Milli.Az xəbər verir ki, verilişinin ilk qonaqlarından biri "ARB TV"nin məhşur siması, aparıcı Elgiz Əkbər olub.

Elgiz Əkbər onu pardoiya edənlər siyahısında yalnız "Planet Parni iz Baku"dan incidiyini bildirib:

"Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?".

Milli.Az