Metronun qarşısında ATIŞMA - Moskvada

16 Sentyabr 2019 15:02

Moskvada "Timiryazevskaya" metro stansiyasında atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda atəş açan şəxsin axtarışları aparılır.

Milli.Az