“Barselona”nın futbolçusunun evi qarət olundu

16 Sentyabr 2019 16:57

"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Hadisə sentyabrın 14-də baş verib. Umtiti "Barselona" - "Valensiya" matçında olarkən 4 nəfər oğru fransız müdafiəçinin evinə daxil olub və oğurluq edib. Hadisə ilə bağlı araşdırma aparılır.

"Barselona" - "Valensiya" matçı Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Umtiti zədə səbəbindən bu görüşün iştirakçısı olmayıb.

Milli.Az