Azərbaycan əhalisinin hazırkı sayı açıqlandı

16 Sentyabr 2019 12:27

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Milli.Az